Paytaxtın Xəzər rayonunda yerləşən 3 saylı həbsxanaya narkotik keçirmək istədilər. Bu haqda bu gün, 3 dekabr tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Bakı şəhər sakini Xosrov Fərzəliyev qohumu Məcid Əliyevin yanına ziyarətə gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman oradakı gödəkcənin iç cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,312 qram marixuana aşkar edilib.
Faktla bağlı araşdırmaya başlanılıb.