Paytaxt ərazisində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Report xəbər verib.
Gecə saatlarında şəhərin Yasamal rayonunda iki avtomobilin toqquşması nəticəsində 25 yaşlı Bəxtiyar Bərxudarov və 22 yaşlı Ramil Rzayev xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təffərrüatları araşdırılır.