Bakıda bir gündə iki qız itkin düşüb. Bu haqda 13 may tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Sabunçu rayonu, Maştağa qəsəbə sakini 16 yaşlı H.Ağayeva və Nəsimi rayon sakini 15 yaşlı X.Bayramova yaşadıqları evdən çıxaraq geri qayıtmayıblar. Hər iki qız məktəblidir.
Faktla bağlı polis tərəfindən əməliyyat-axtarış işləri aparılır.