Bakıda kişi yaşadığı evdə intihar edib. Bu haqda 19 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Sabunçu rayonu, Ramana qəsəbəsində 47 yaşlı İsrayıl İsmayılov yaşadığı evdə özünü kimyəvi qatqı ilə yandıraraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma davam edir.