Bakıda güclü külək ağacı kökündən çıxarıb. Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Bu haqda Trend 10 noyabr tarixində xəbər verib.
Günorta saatlarından başlanan külək Milli Elmlər Akademiyasının (AMEA) ərazisində bir neçə irigövdəli ağacı kökündən çıxarıb.
Hadisə nəticəsində AMEA-nın həyətində piyada səkilərinə ziyan dəyib.