Bakıda binanın üzlük daşı bir neçə avtomobilə ziyan verib. Bu haqda Xəzər Televiziyası reportaj hazırlayıb.
Paytaxtın Yasamal rayonu, Bəsti Bağırova küçəsində çoxmərtəbəli yaşayış binasının üzlük daşları küləyin təsirindən qoparaq Elmi-Tədqiqat Pediatriya İnstitutuna xəstə gətirən avtomobillərin üzərinə düşüb.
Zərərçəkmiş avtomobillərin sürücüləri bildiriblər ki, hadisə nəticəsində 8 avtomobilə ziyan dəyib.
Hadisə ilə bağlı MTK rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. Bundan sonra zərərçəkmiş sürücülər avtomobillərini binanın girişində saxlamaqla giriş-çıxışı bağlayıblar.
Bina rəhbərliyi bundan sonra sürücülərlə əlaqə saxlayaraq dəymiş ziyanı yaxın günlərdə ödəyəcəyini bildirib.
[URIS id=39369]