Xətai rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 22 noyabr tarixində xəbər verir.
Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
FHN-in əməkdaşları giriş qapısını açaraq nəzarətsiz qalmış uşaqları xilas ediblər.