Bakıda 7000 manata silah satmaq istəyən şəxs yaxalanıb. Bu haqda BakuPlus Daxili İşlər Nazirliyinə istinadən 28 yanvar tarixində xəbər verir.
Paytaxtın Sabunçu rayonunda Abuzər Abuzərov 7 min manata 1 ədəd “Kalaşnikov” markalı avtomat, 60 ədəd patron və həmin silaha məxsus darağı satmaq istəyərkən saxlanılıb.
Abuzər Abuzərov “Kalaşnikov” markalı odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.
[caption id="attachment_31308" align="alignnone" width="800"]
Foto Daxili İşlər Nazirliyinin rəsmi Youtube kanalı[/caption]