Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 16 dekabr tarixində APA məlumat verib.
28 yaşlı G.Nuriyeva mübahisə zamanı sevgilisi tərəfindən üz və boyun nahiyəsindən bıçaqlanıb. Qız xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları araşdırma aparırlar.