Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində bıçaqlama hadisəsi baş verib. Bu haqda bu gün, 26 may tarixində Lent.az məlumat verib.
Qəsəbə sakini Ramil Şirinov yaşadığı evdə yeznəsi Seymur Orucov tərəfindən mübahisə zəminində bıçaqlanıb. Şirinov qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Seymur Orucov isə polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.