Paytaxt ərazisində kiberdələduzluq hadisəsi baş verib.
Bakuplus.az Daxili İşlər Naizlriyinə (DİN) istinadən xəbər verir ki, paytaxt sakini olan 3 şəxs aldadılaraq bank hesabları və kartlarından 1500 manata yaxın maddi vəsait oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törədən şəxslər Ü.Qasımov və A.Əhmədov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.