Paytaxtın Yasamal rayonunda mənzildə qadın meyiti aşkar olunub. Bu haqda bu gün, 6 iyun tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bir nəfərin bağlı qapı arxasında qalması barədə FHN-in qaynar xəttinə məlumat daxil olub. Qeyd olunan ünvana gələn əməkdaşlar qapını açdıqdan sonra orada 48 yaşlı Səbinə Hüseynovanın meyitini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.