27 sentyabr tarixində Bakıda gecə və səhər saatlarında 8 qəza baş verib. Bu haqda Report xəbər verib.
Suraxanı rayonunda avtomobil piyadanı vurub. 32 yaşlı Qüdrət Cəlilov iki topuğun yerdəyişən sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ziya Bünyadov prospektində “KamAZ” markalı yük maşını ilə “Opel” markalı minik avtomobilinin toqquşması nəticəsində 23 yaşlı Nicat Camalzadə müxtəlif xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Səbail rayonunda 27 yaşlı Dinar Əhmədli motosikleti idarə edərək avtomobilə çırpılıb. Motosikletçi təcilli tibbi yardım köməyi ilə xəsətəxanaya çatdırılıb.
Daha üç yol qəzası Yasamal, Binəqədi və Xətai rayonlarında baş verib. Avtomobillər toqquşmaları nəticəsində yaralı olan vətədaşlar xəstəxanaya göndərilib.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.