Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Sabunçu RPİ-nin 13-cü polis bölməsinə qəsəbədəki mağazaların birindən 2950 manat dəyərində notbukun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş N.Əliyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.