Bakıda medal satan şəxsin cinayət işi barədə hökm oxunub. Bu haqda Trend 28 dekabr tarixində xəbər verib.
Bakı şəhəri Yasamal rayon məhkəməsində “Azərsuvenir” MMC-nin keçmiş məsul əməkdaşı Aydın Bağırov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Aydın Bağırov 44 günlük Vətən müharibəsindəki tarixi qələbə münasibəti ilə təsis edilmiş müxtəlif orden və medalların, həmçinin digər dövlət təltiflərinin aidiyyəti olmayan şəxslərə satışını təşkil etdiyinə görə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdir.