Bakıda iki avtomobilin iştirakı ilə qəza baş verib. Hadisə Yasamal rayonunda qeydə alınıb. Bu haqda BakuPlus.az bu gün, 30 aprel tarixində xəbər verir.
Rayonun Cəfər Cabbarlı küçəsində “Mercedes” markalı avtomobilin sürücüsü kəskin tormozlanma edərək “Toyota Prius” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə yerinə DYP əməkdaşları gəlib.
Xəsarət alan olmayıb. Avtomobillərə ziyan dəyib.