Sabunçu rayonunda ötən gün sui-qəsd hadisəsi baş verib. Bu haqda 21 yanvar tarixində Oxu.az xəbər verib.
Bakıxanov qəsəbəsində yanvarın 20-si saat 18:00 radələrində Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə naməlum şəxs odlu silahdan atəş açıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Atəş açan şəxs polis tərəfindən axtarılır.