Bakıda narkotik vasitəsinin təsiri altında olan sürücü saxlanılıb. Hadisə paytaxtın Suraxanı rayonunda baş verib. Bu haqda BakuPlus Daxili İşlər Nazirliyinə istinadən 25 yanvar tarixində xəbər verir.
Ramana qəsəbəsində yaşayan Səbuhi Quliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobilin sükanı arxasında olarkən nəzarət-yoxlama qaydasında saxlanılıb.
Sürücü narkotik vasitə qəbul edərək avtomobili idarə etdiyini etiraf edib.
Ekspertiza nəticəsində onun narkotik vasitənin təsiri altında olması faktı öz təsdiqini tapıb.
Məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.