Bakıda saxlanılmış şəxslərin digər cinayət tərkibli əməlləri də müəyyən olunub. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən 19 fevral tarixində xəbər verir.
Baş Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş T.Cavadov və Z.Ələkbərovun Sabunçu rayonu ərazisində Bakı şəhər sakini F.Nəbiyevi aldadıb mobil telefonunu almaları, noyabrın 15-də isə İ.Səfərovu döyəcəkləri ilə hədələyib mobil telefonunu almaları da müəyyən edilmişdir.
İstintaq tədbirləri davam edir.