Bakıda oğurluğa görə saxlanılan şəxsin üzərində narkotik vasitələr aşkarlanıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 23 aprel tarixində xəbər verir.
Sabunçu rayonu ərazisində 2 evdən qızıl-zinət əşyaları, soyuducu mühərriki, qızdırıcı, 6 ədəd stul, 2 ədəd samovar və hamam aksesuarları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Kazımovdan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.
İstintaq tədbirləri davam edir.