Paytaxtın Yasamal rayonunda oğurluq edən iki nəfər saxlanılıb. Bu haqda bu gün, 10 dekabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bakı şəhər sakini S.İsmayılzadə, həmyerlisi A.Məmmədovanın 60 manat pulunu və mobil telefonunu eləcə də, V.Qəhramanovanın mobil telefonunu oğurlamaqda şübhəli bilinirlər.
Həmçinin, paytaxt sakini T.Sadıqov qeyd olunan rayon ərazisində, evlərin birindən 350 avro pul oğurlamaqda təqsirləndirilir.
Hər iki faktlarla bağlı araşdırma davam edir.