Bakının Nəsimi rayonunun 28 May küçəsində sahibkar öz obyektini təmir etdirərkən təbiətə ziyan vurub. Bu haqda bu gün, 29 iyul tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verib.
Təmir zamanı qalan sement yaxında olan ağacın dibinə tökülüb. Hadisəni sosial şəbəkələrdə müzakirə edən şəxslər, həmçinin tökülən məhlullardan boya qoxusu gəldiyini də iddia ediblər.
Vətəndaşlar aidiyyəti qurumlardan sahibkarın təbiətə qarşı qanunsuz əməllərinə hüquqi qiymət verilməsini tələb edirlər.