Yasamal rayonunda yanğın olub. Bu haqda BakuPlus.az bu gün, 12 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Rayon ərazisində kafe kimi fəaliyyət göstərən, ümumi sahəsi 500 kv.m olan birmərtəbəli obyektin damında sahəsi 10 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Yanğın FHN-in əməkdaşları tərəfindən söndürülüb.
Obyekt yanğından mühafizə olunub.