Paytaxtda qanunsuz parkinq təşkil edən şəxslərə qarşı tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Bu haqda bu gün, 5 avqust Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.
Son iki gün ərzində polis əməkdşları 216 nöqtədə monitorinq keçirib, qanunsuz parklanma yerlərini təşkil edən 159 nəfəri saxlayıblar.
“Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, qanunsuz parkinq təşkil edən və ya bu xidmətlərə görə ödəniş tələb edən şəxslər 2000 manatadək cərimə olunacaqlar.