Ölkədə silahların təhvil verilməsi davam edir. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Avqustun 17-də və 18-də polis əməkdaşları paytaxt və respublikanın müxtəlif rayonlarında 2 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 126 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam edir.