Bakının Nizami rayonu, “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında intihar hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 7 oktyabr tarixində Qafqazinfo məlumat verib.
19 yaşlı Şəhriyar Məmmədov yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şəhriyar2019-ci ildə 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.