Paytaxt ərazisində 2 avtomobil toqquşub. Bu haqda bu gün, 29 iyul tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
“VAZ” markalı avtomobilin sürücüsü “KIA” markalı nəqliyyat vasitəsinin arxa hissəsindən vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək, hadisə yerindən yayınmağa çalışıb.
“KİA”nın sürücü onun videosunu qeydə alan zaman xanım nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.
Bildirilir ki, qəzaya səbəb olan xanım Dövlət Sərhəd Xidmətinin əməkdaşıdır.
Hadisə yerindən video: