Sabunçu rayonunda avtomobil qaçıran şəxs saxlanılıb. Bu haqda 6 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sabunçu rayonu, Maştağa qəsəbəsində iyunun 3-də Bakı şəhər sakini A.Şirinovun “Ravon” markalı avtomobili qaçırılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avtomobili qaçıran Şamaxı rayon sakini E.Qarayev saxlanılıb. O, qaçırdığı avtomobillə Qala qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobili vurub və hadisə yerindəcə yaxalanıb.
Faktla bağlı araşdırma aparılır.