Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 31 may tarixində Lent.az məlumat verib.
Maştağa qəsəbəsinin sakini 42 yaşlı Zümrüd Məmmədova sirkə turşusu içib. Hadisədən xəbər tutan ailə üzvləri onu dərhal xəstəxanaya çatdırıblar.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.