Bakının Yasamal rayonu, Şərifzadə küçəsində, intihar hadisəsi baş verib. Bu haqda Oxu.az bu gün, 6 noyabr tarixində məlumat yayıb.
Hadisə yaşayış binasında qeydə alınıb, 46 yaşlı Sevinc Əsgərova özünü binanın 9-cu mərtəbəsindən ataraq yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Bundan qabaq, 4 noyabr tarixində 10 saylı tam orta məktəbin 9-cu sinif şagirdi intihar etmişdir.