Bakıda şərikini öldürməyə cəhd edən şəxsə hökm oxunub. Bu haqda bu gün, 15 fevral tarixində Report məlumat verib.
Yasamal rayonunda 2020-ci ilin 5 avqust tarixində İbrahim Dadaşov şərikli taksi fəaliyyəti ilə məşğul olan Əli Cəfərovu mübahisə zamanı bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə hökm oxunub. Hökmə əsasən İbrahim Dadaşov 7 il müddətinə azadlıqdan məhrum edilib.