Bakıda səhər saatlarında qəza baş verib. Bu haqda BakuPlus.az Trend-ə istinadən bu gün, 16 mart tarixində xəbər verir.
Paytaxtın Sabunçu-Zabrat yolunda "Opel" markalı minik avtomobili ilə "VAZ 2107" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində iki nəfər yüngül xəsarət alıb.
Qəza həmin istiqamətdə nəqliyyatın hərəkətində sıxlığa səbəb olub.