Yasamal rayonunda sərnişin avtobusu zəncirvari qəzaya səbəb olub. Bu haqda 5 yanvar tarixində Bakıvaxtı.az xəbər verib.
Bakının Mirzəağa Əliyev və Murtuza Muxtarov küçələrinin kəsişməsində müntəzəm marşrut üzrə hərəkət edən avtobus yol kənarında dayanan nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə zərbə təsirindən zəncirvari qəza baş verib. Qəza zamanı 5 minik avtomobilinə zərər dəyib.
Hadisə yerinə Dövlət Yol Polisi cəlb olunub.