Bakıda sevgilisini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 21 oktyabr tarixində xəbər verir.
Sahil Məmmədovun cinayət işi üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək.
Cari ilin iyulunda paytaxtın Suraxanı rayonunda 44 yaşlı Sahil Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək 37 yaşlı Aynurə Əliyarovanı qətlə yetirib.
S.Məmmədova qarşı Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə”, “xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə” maddələri ilə ittiham irəli sürülüb.