Paytaxtda təcridxanaya narkotik maddə keçirmək istəyən kişi saxlanılıb. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Penitensiar Xidmətin rəsmi saytına istinadən məlumat verir.
Həbs olunmuş Fuad Ağayevlə qardaşı görüşə gəlib. Onun üzərinə baxış keçirilən zaman şalvarının yan cibində gizlədilmiş bükülüdə 0,190 qram marixuana aşkar olunub.
Hazırda araşdırma aparılır.