Ağır Cinayətlər Məhkəməsinə 2 cinayət işi göndərilib. Bu haqda bu gün, 29 sentyabr tarixində Report.az məlumat yayıb.
Binəqədi rayonunda Vüsal Əliyev cari ilin may ayında 1 yaşlı oğlu Rüzi Əliyevi boğaraq öldürmüşdür.
Nərimanov rayonunda isə bu ilin iyun ayında Elton Əkbərli öz bacısını küçədə qətlə yetirmişdir. O, qohumunun üz, qol və qarın nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurmuşdur.
Məhkəmələrin hazırlıq iclaslarının vaxtı hələlik məlum deyil.