Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub. Bu haqda 6 may tarixində Report məlumat verib.
Yasamal rayonunda ötən ilin oktyabr ayında 41 yaşlı Məcid Əbilov Bakı şəhər sakini, 47 yaşlı Fərid Bağırovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.
M.Əbilov saxlanılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində o, Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa zərər vurma” maddəsi ilə ittiham olunaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.