Nizami rayonunda Bakı sakini tanışını bıçaqlayıb. Bu haqda 24 dekabr tarixində Report məlumat verib.
Q.Qarayev prospektində dekabrın 22-si saat 11 radələrində Rahim Süleymanov tanışı, paytaxt sakini Nicat Vəliyev tərəfindən bıçaqlanıb. Vəliyev hadisə yerindən qaçıb.
Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən sağlamlığa ağır zərər vurma” maddəsi ilə cinayət işinə başlanılıb. Nicat Vəliyevin yerinin müəyyən edilib, istintaqa cəlb olunması üçün istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.