Bakıda yol qəzası nəticəsində tanınmış jurnalist, Respublika Hərbi prokurorunun sabiq mətbuat katibi Əfrahim Təhməzov xəsarət alıb.
İlkin məlumata görə, qəza Nərmanov raynunda qeydə alınıb. Təhməzov naməlum avtomobil tərəfindən vurulub. Hal-hazırda o, müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.