Sabunçu rayonunda Maştağa qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda APA bu gün, 27 sentyabr gecə saatlarında məlumat yayıb.
Orxan Mirzəyev mübahisə zamanı anasına Zöhrə Mirzəyeva bir neçə bıçaq zərbəsi vurub. Tərəfləri ayırmaq istəyən xalası Zöhrə Şirinova da Mirzəyev tərəfindən bıçaqlanıb.
Hər iki qadın ağır xəsarətlərlə xəsətəxanaya çatdırılıb. Qeyd olunur ki, Şirinovanın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.