18 avqust tarixində Bakıda xəsarətlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Nəsimi rayonunda iki avtomobil toqquşub. Nəticədə 39 yaşlı Rantik Quliyev xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Suraxanıda iki avtomobilin toqquşması nəticəsində 58 yaşlı sərnişin Qəndəb Xəsənova xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Nərimanov rayonunda iki avtomobil toqquşub. Nəticədə 26 yaşlı Fərid Babazadə xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb və həkim nəzarətinə götürülüb.
Xətai rayonu, Babək prospektində iki avtomobil toqquşub. 29 yaşlı Baba Kaxidze xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ bazu sümüyünün yerdəyişən sınığı, qarın boşluğunun və döş qəfəsinin küt travması diaqnozları qoyulub.
Faktlarla bağlı araşdırmalar aparılır.