Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Bu haqda 7 iyun tarixində Report məlumat verib.
Sabunçu rayonu, keçmiş “Komsomol dairəsi” kimi tanınan ərazidə “Mercedes” markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub. Toqquşmadan sonra minik avtomobili yol kənarındakı dəmir maneələrə çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma davam edir.