Bakıda xarici ölkə vətəndaşı bıçaqlanıb. Hadisə Nizami rayonunda qeydə alınıb. Bu haqda APA xəbər verib.
Qara Qarayev prospekti, Dəllallar parkı kimi tanınan ərazidə Türkmənistan vətəndaşı, 29 yaşlı Oruc Kılıc Şamuradoviç dava zamanı naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb.