Metronun “Nizami” stansiyasının qarşısında faciəvi hadisə baş verib.
Bu haqda 24 iyun tarixində Qafqazinfo məlumat verib.
Bir neçə gün əvvəl Yasamal rayonu, “Nizami” metro stansiyasının qarşısında “Ford” markalı yük maşını 66 yaşlı Nərminə Əliyevanı vurub. Kliniki Tibbi Mərkəzə yerləşdirilən qadın bu gün vəfat edib.
Sürücü, 41 yaşlı Şahin Bəkdərmirov barəsində cinayət işi açılıb.
Faktla bağlı araşdırmalar davam edir.