Bakı şəhəri, Türkan qəsəbəsində yük maşını azyaşlını vurub. Bu haqda bu gün, 22 fevral tarixində Bizim.media məlumat verib.
Hadisə 119 nömrəli tam orta məktəbin qarşısında baş verib. Məktəbəqədər hazırlıq sinfində təhsil alan 5 yaşlı Cahid Rzabalazadə təhsil ocağının qarşısındakı piyada keçidindən keçərkən şirkətə məxsus yük avtomobili azyaşlını vurub.
5 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, yük avtomobili məktəbin divarına çarpılıb.
[caption id="attachment_91623" align="alignnone" width="640"]
Foto Bizim.Media.az saytı[/caption]