Bakıda yaşayış binasında partlayış baş verib. Bu haqda BakuPlus.az Baku.ws-ə istinadən bu gün, 28 mart tarixində xəbər verir.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış binalarının birində kombidən qaz sızması nəticəsində partlayış olub.
Hadisə zamanı ölən olmayıb.
Uçan eyvanın altında qalan “Mercedes” markalı avtomobilə isə ciddi ziyan dəyib.