Bakı şəhəri, Yasamal rayonunda dəm qazından zəhərlənmə halı qeydə alınıb. Bu haqda Report xəbər verib.
14 yaşlı Məhrub Ağayeva yaşadığı evdə dəm qazından zəhərlənərək təcili tibbi yardımın köməkliyi ilə dərhal xəstəxanaya çatdırılıb. Xəsarət alan qız həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə, 22 noyabr mövsümi daha tez-tez baş verən zəhərlənmə halları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. Dəm qaz ilə zəhərlənmənin qarşısını almaq üçün sadə qaydaları burada izləmək olar.