Sabunçu rayonunda avtomobil 11 yaşlı oğlanı vurub. Bu haqda 12 yanvar tarixində Report xəbər verib.
Zabrat qəsəbəsində Həmzə Dadaşzadəni yolu keçən zaman avtomobil vurub. Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.