26 yanvar tarixində 2 piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisələri qeydə alınmışdır.
APA-nın verdiyi məlumata əsasən, paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində 12 yaşlı Gülay Əsədlinin şoseyə çıxması nəticəsində onu avtomobil vurub.
BakuPlus Report-a istinadən xəbər verir ki, Nizami rayonu Keşlə qəsəbəsində yolu keçən 27 yaşlı Əmrah Müslümovu avtomobil vurub.
Hər iki yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı Ə. Müslümova sağ qamış sümüyünün sınığı diaqnozu qoyulub.
Faktlarla bağlı araşdırma aparılır.