Sabunçu rayonunda bədbəxt hadisə baş verib. Bu haqda 20 iyun tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
Zabrat qəsəbəsində təkər təmiri sexlərinin birində “Zil” markalı avtomobilin təkərinin diski qəflətən yerindən çıxıb və orada usta işləyən 48 yaşlı Allahyar Allahverdiyevin başına dəyib. O, aldığı xəsarətlərdən yerindəcə vəfat edib.
Hadisənin təfərrüatları araşdırılır.